Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı respublika hərbi prokuroru general-mayor Bəhruz Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.
Milli.Az