Məşhur aparıcı icra başçısı ilə boşanma şayiələrinə son qoydu

7 Fevral 2026 12:14

Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır.

Milli.Az xəbər verir ki, Oxu.Az-a verdiyi açıqlamada Alidə Mustafayeva sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır", - deyə A.Mustafayeva qeyd edib.

Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.

Milli.Az