“Sülh Şurası” liderlərinin görüşü planlaşdırılır

7 Fevral 2026 10:57

ABŞ administrasiyası Qəzzanın yenidən qurulmasına dəstək üçün ianə toplama konfransını da əhatə edən beynəlxalq görüş keçirməyi planlaşdırır.

Milli.Az-ın məlumatına görə, Ağ Ev fevralın 19-da Qəzzanın "Sülh Şurası" çərçivəsində ilk liderlər görüşünü təşkil etməyi nəzərdən keçirir.

Qeyd edilib ki, planlar hələ ilkin mərhələdədir və tarix, format, iştirakçılar dəyişə bilər.

Asya
Milli.Az