Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli qatıldığı "Tarixin bir günü" verilişinin canlı efirində səsləndirdiyi fikirlərlə gündəm olub.
Milli.Az xəbər verir ki, onun bəzi gəlinlərin davranışları ilə bağlı sərt və açıq ifadələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Nazilə Səfərli bildirib ki, uzun illər susqun, sakit görünən bəzi qızlar evləndikdən sonra tamamilə fərqli davranış sərgiləyirlər. Onun sözlərinə görə, "İllərlə ağzını açmayan qızlar qucağına bir oğlan alan kimi elə bil alçaq dağları yaradır, başımıza it oyunu açırlar". Səfərli bu fikirləri ilə bəzi gəlinlərin sonradan dəyişən davranışlarını tənqid edib.
O, qeyd edib ki, açıq sözlü insanlar ona görə daha yaxşıdır ki, özlərini əvvəldən tanıdırlar. Nazilə Səfərlinin fikrincə, bu cür insanlarla nə qədər yol gedə biləcəyini əvvəlcədən bilmək olur. O, bu mövqeyini konkret nümunə ilə də əsaslandırıb və Fərqanə Qasımovanın qızının toyda açıq sözlü davranışını dəstəklədiyini bildirib.
Nazilə Səfərli deyib ki, bu mövqeyinə görə onu şou nümayəndələri arasında qınayanlar da olub:
"Mən Fərqanə Qasımovanın qızının toyda açıq sözlü olmasının indi də tərəfdarıyam. Hətta buna görə məni şou nümayəndələri arasında qınayanlar da oldu ki, gəlin fağır olar. Birinə dedim ki, sənin fağır bilib aldığın gəlin saman altından su yeridir. Məni çox danışdırma".
Onun bu açıqlamaları efirdən sonra sosial şəbəkələrdə geniş müzakirə olunub və birmənalı qarşılanmayıb.
Musa
Milli.Az