Müğənni Nadir Qafarzadə "Xəzər axşamı" verilişində səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi keçmiş kişilərin xarakteri və ata-övlad münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirib:
"O vaxt şair Əliağa Vahidlə atam dost olub. Mən onu görməmişdim. Atamın əlində "Vahid" yazılı döymə də var idi.
Hərdən düşünürəm ki, o vaxtkı zəhmli kişilər indi yoxdur. Biz çalışsaq da, atalarımız kimi kişilər ola bilmirik. Mənimlə yəqin ki, çoxları razılaşar. O vaxtın kişiləri də başqa xarakterdəydilər. Qapıdan içəri girəndə ağırlıqları hiss olunurdu. Psixologiyamızda bunu belə yaratmışdılar. Anam deyirdi ki, "Atanız gəlir!". Onunla dost kimi deyildik. Əslində dostuq etmək mümkündür, amma arada pərdə olmalıdır". (Axşam.az)
Milli.Az