Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib

6 Fevral 2026 19:29

Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Milli.Az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Milli.Az