Fatimənin ölkədən çıxışına qadağa qoyula bilər

6 Fevral 2026 18:58

"Nazilə Səfərli oğlumun atasına da toxunub. Arada söhbət aparıb-gətirənlər də olub. İllərdir olan aqressiya var, eyni zamanda kənardan daha çox müdaxilə edilib. Barışıq deyəndə, kinsiz insanam. Allahdan səbirsiz olduğum üçün üzr istəyirəm. Kinli insan deyiləm. Mənim də mənliyim var, xanımam. Mən niyə üzr istəyim? İkimiz də bir-birimizdən üzr istəyək, barışaq. Bu, içdən gəlməlidir. Yalandan "canım" deyilməməlidir. Zaman hər şeyi göstərəcək".

Milli.Az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Öz aramızda" verilişində deyib. İllərdir şair Nazilə Səfərli ilə aralarında yaşanan qalmaqal bitməyən sənətçi barışıq və ya üzr istəməsi haqda sualları cavablandırıb. Fatimə bildirib ki, üzr istəməyəcək.

Məsələ N.Səfərli də reaksiya verib. O, "Tarixin bir günü" verilişində Fatimənin bu yaxınlarda cərmələndiyini açıqlayıb:

"İki məhkəmə udmuşam. Hazırda Fatimənin öhdəçiliyi var. Bu yaxınlarda min manat qanundan yayındığı üçün cərimələnib. Növbəti mərhələdə cinayət işi açılır. Üzr istəməsə, dediklərini təkzib etməsə, ölkədən çıxışına qadağa qoyulacaq. Heç kimə deməmişəm bağışlamayacağam. Deyirəm, üzr istəyəcəksən. Desin, bilmədim, etdim. Amma deməlidir". 

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Qərara əsasən Fatimə 50 min yox, 500 manat təzminat ödəməlidir. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. (Axşam.az)

Milli.Az