Beynəlxalq Muğam Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunan "Muğamat axşamı" konserti keçirilib. Konsertdə Muğam Televiziya Müsabiqəsinin laureatları Ülkər Abdullayeva, Dəniz Abbasova, Ədilə Əliyeva, Nuray Hacızadə,Vəliş Mirzəyev,Vüqar Əbilov, Daşqın Kürçaylı və Rəis Niftəliyev çıxış ediblər. Xanəndələri Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Əməkdar artist Çinarə Mütəllibova (qanun), Rəfael Əsgərov (balaban) və Siyavuş Kərimov (nağara) müşayiət edib.
Hər il Gənclər Gününə həsr edilən muğam konsertlərinin keçirilməsi gənc ifaçıların yaradıcılıq imkanlarının stimullaşdırılmasına töhfə verməklə bərabər istedadlı gənclərin ictimaiyyətə təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az