Güclü külək gəlir - Sarı XƏBƏRDARLIQ

6 Fevral 2026 16:28

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Milli.Az