Qazaxıstanın Kulsary şəhərində məktəbli balta ilə sinif yoldaşlarını yaralayıb.
Milli.Az xəbər verir ki, fevralın 5-də 10-cu sinif şagirdi münaqişədən sonra sinif yoldaşlarına hücum edib.
İki şagird yüngül xəsarət alıb.
15 yaşlı şübhəli saxlanılıb, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və polis qeydiyyatına alınıb.
Faktla bağlı cinayət işi açılıb və valideynlər inzibati məsuliyyətə cəlb ediliblər.
Fidan
Milli.Az