Növbəti məktəb zorakılığı: Şagird döyülərək xəstəxanalıq oldu

6 Fevral 2026 15:40

Məktəbdə baş verən hadisələr bitmək bilmir. Növbəti belə insident Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında baş verib. Mübahisə zamanı şagirdlərdən biri digərinə fiziki xəsarət yetirilib. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı  Abşeron-Xızı Regional Təhsil İdarəsindən reaksiya bildirildi: 

"Hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Xəsarət alan şagirdə yerində ilkin tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məktəbli təcili tibbi yardım xidməti vasitəsilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".

Sumqayıt Tibb Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü şagird qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Asya
Milli.Az