Mənzil və obyekt alanlara 3,4 mln. manat ƏDV qaytarılıb

6 Fevral 2026 15:17

2026-cı ilin yanvar ayında yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 3,4 mln. manata yaxını vətəndaşlara qaytarılıb.

Milli.Az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı "ƏDV geri al" layihəsi uğurla davam etdirilir.

2026-cı ilin yanvar ayı ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 3 milyon 376,0 min manat təşkil edib.

Ayxan
Milli.Az