Sürücülərə XƏBƏRDARLIQ: 100 manat CƏRİMƏ OLUNACAQSIZ

6 Fevral 2026 14:22

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin daşıma qaydalarına əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyırlar.

Milli.Az xəbər verir ki, qanunvericiliyə görə, nəqliyyat vasitəsinin arxa oturacağında maksimum 3 nəfərin oturmasına icazə verilir.

Bu qaydanın pozulması, yəni arxa oturacaqda ən çox 3 nəfərin otura biləcəyi nəqliyyat vasitəsində 4 və ya daha çox sərnişinin daşınması halında sürücü barəsində inzibati tədbirlər görülür.

Belə ki, sürücüyə 100 manat məbləğində cərimə tətbiq edilir və 3 cərimə balı hesablanır.

Mina Mikayılova
Milli.Az