“Beşiktaş” İngiltərədən futbolçu transfer etdi

6 Fevral 2026 15:10

Türkiyənin "Beşiktaş" klubu İngiltərə Premyer Liqasından yeni futbolçu transfer edib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Vulverhempton"un 28 yaşlı mərkəz müdafiəçisi Emmanuel Aqbadu artıq İstanbuldadır.

Kot-d'İvuar milli komandasında da çıxış edən təcrübəli oyunçu 18 oyun keçirib və iki qol vurub. Aqbadu bu mövsüm "Vulverhempton"un heyətində 17 oyunda meydana çıxıb.

Afrikalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra "qara qartallar"la rəsmi müqaviləyə imza atacaq.

Hüseyn
Milli.Az