Türkiyənin məşhur müğənnisi Tarkanın İstanbulda verdiyi 10 konsertlik seriya başa çatıb. Böyük maraqla qarşılanan konsertlərdən sonra məşhur sənətçinin əldə etdiyi gəlir də gündəmin əsas mövzularından birinə çevrilib.
Milli.Az xəbər verir ki, Tarkanın İstanbulda ardıcıl olaraq verdiyi 10 konsertin bütün biletləri qısa zamanda tükənib.
Tarkan konsert seriyasından təxminən 500 milyon TL gəlir əldə etdiyi iddia olunur.
Lakin sözügedən rəqəmlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Milli.Az