Güllələnən müəllimin FOTOsu - 29 yaşı var

6 Fevral 2026 11:31

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Milli.Az xəbər verir ki, "Unikal" güllələnən müəllimin fotosunu əldə edib.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Milli.Az