Avtomobilini başqasına verənlər cərimələnə bilər - QAYDA

6 Fevral 2026 11:41

Sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsinin verilməsi inzibati məsuliyyət yaradır.

Milli.Az xəbər verir ki, qanunvericiliyə əsasən, bu cür hallara görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulub.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin bu vasitəni idarə etmək məqsədilə idarəetmə hüququ olmayan şəxsə verməsinə görə fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə edilir.

Mina Mikayılova
Milli.Az