Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?

6 Fevral 2026 16:52

Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif edir. Onlayn və əyani kredit müraciətlərində məbləğ eyni olsa da, amma faiz dərəcələri, komissiyalar bir-birindən fərqlənə bilər. 

Bəs hansı müraciət forması daha sərfəlidir ?

Milli.Az xəbər verir ki, istehlak kreditlərində onlayn müraciətlərin aparılması daha sürətli və faiz dərəcələri aşağı olur. Çünki burada daha az resurs, az sayda kağız və işçi istifadə olunur. 

Əksər hallarda müştərilərə kredit götürərkən bir neçə sığorta növü təklif olunur. Bu sığortalara həyat sığortası da daxildir, kredit alan şəxsin vəfat etməsi halında kredit öhtəliyi bank tərəfindən qarşılanır. Lakin krediti vaxtından əvvəl tam ödədikdə sığorta haqqının istifadə olunmayan hissəsi sığorta şirkəti tərəfindən geri qaytarıla bilər. Buna baxmayaraq bir çox şəxs bu hüquqdan xəbərsizdir. 

Sıöortanın qaytarılmasının əyani və ya onlayn olması rolu azdır. Burda əsas sığorta şirkətinin yanaşmasıdır. Müqavilədə qaytarılma təsbit olunubsa, bu, qaytarılacaq. Ödənişin qaytarılması texniki tərəfdən zaman ala bilər və ya qaytarılması mümkün olmaya da bilər. 

Mütəxəssislər qeyd edirlər ki, bu hallarda bank əməkdaşları şərtlərlə bağlı müştərilərə məlumat verməli, qaranlıq qalan məqamları aydınlaşdırmalıdırlar. 

Aysel Əkbər
Milli.Az