Əfqanıstan vətəndaşı özünü qazax kimi təqdim edərək kandaşlara (Qazaxıstan Respublikasının vətəndaşlığına əvvəllər malik olmayan, daimi yaşamaq üçün tarixi vətəninə gəlmiş və rəsmi status almış etnik qazaxlar - red.). verilən sosial ödənişlər hesabına mənzil alıb.
Milli.Az-ın Qazaxıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikasının Pavlodar vilayətinin prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, Əfqanıstan vətəndaşı qazax milliyyətinə mənsub olması ilə bağlı bilərəkdən yalan məlumatlar və saxta sənədlər təqdim edib, nəticədə sosial ödənişləri qanunsuz şəkildə əldə edib.
Əldə olunan vəsait hesabına o, 20 mln tenge dəyərində mənzil alıb ki, bu da təxminən 69 000 manat təşkil edir. Məhkəmə əmlakın dövlətin xeyrinə müsadirə olunması barədə qərar qəbul edib.
Qeyd olunur ki, məhkəmə aktı hələ qanuni qüvvəyə minməyib. Dələduzluq faktı üzrə ibtidai istintaq davam edir və cinayət təqibi orqanlarının icraatındadır.
Ayxan
Milli.Az