ABŞ vətəndaşlarına çağırış etdi: "İranı dərhal tərk edin!"

6 Fevral 2026 10:01

ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci dəfə bu ölkədəki vətəndaşları üçün xəbərdarlıq yayıb.

Milli.Az xəbər verir ki, səfirliyin məlumatında artan təhlükəsizlik tədbirləri, yol bağlanmaları, ictimai nəqliyyat pozuntuları və internet blokadalarının davam etdiyi vurğulanır.

ABŞ vətəndaşları bilməlidirlər ki, internet kəsintilərini davamlı ola bilər. Onlar alternativ ünsiyyət vasitələri planlaşdırmalı və əgər təhlükəsizdirsə, quru yolu ilə Ermənistana və ya Türkiyəyə getməyi nəzərdən keçirməlidirlər.

ABŞ-nin İrandakı virtual səfirliyi vətəndaşlara müstəqil təxliyə planları hazırlamağı tövsiyə edib və əlavə edib ki, hökumət yalnız məhdud dəstək göstərə bilər.

Milli.Az