"Bavariya" onunla bağlı qərarını verdi

6 Fevral 2026 14:00

Almaniyanın "Bavariya" klubu vingeri Serj Qnabri ilə yeni müqavilə imzalayıb. Münhen təmsilçisi 30 yaşlı futbolçu ilə əməkdaşlığın müddətini uzadıb.

Milli.Az-ın məlumatına görə, klubun mətbuat xidməti tərəflər arasında imzalanan yeni sözləşmənin 2028-ci ilin yayına qədər qüvvədə olacağını açıqlayıb.

Qeyd edək ki, Serj Qnabrinin əvvəlki müqaviləsi 2026-cı ildə başa çatmalı idi. Yeni razılaşma ilə alman futbolçu daha iki mövsüm "Bavariya"nın formasını geyinəcək.

Hüseyn
Milli.Az