İspaniya nəhəngi "Barselona" təcrübəli hücumçusu Robert Levandovski ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Kataloniya klubu 37 yaşlı polşalı futbolçu ilə müqavilənin müddətini daha bir mövsüm artırmağı planlaşdırır.
Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, "Barselona" Levandovskiyə maaşının azaldılması şərti ilə yeni sözləşmə təklif etmə variantını nəzərdən keçirir.
Qeyd olunur ki, komandanın baş məşqçisi Hans-Diter Flik futbolçunun həm intizamından, həm də meydandakı performansından məmnundur. Məhz bu səbəbdən klub rəhbərliyi Levandovskinin müqaviləsini ən azı 2027-ci ilin iyununa qədər uzatmaq üçün müxtəlif imkanları dəyərləndirir.
Xatırladaq ki, Robert Levandovski 2022-ci ilin yayından etibarən "Barselona"nın formasını geyinir. O, cari mövsüm bütün turnirlər üzrə 27 oyunda iştirak edərək 12 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, Levandovskinin bazar dəyəri 9 milyon avro təşkil edir.
Hüseyn
Milli.Az