ABŞ, Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar nəticəsində 157-yə 157 formatında əsir mübadiləsi həyata keçirilib. Bu, son 5 ay ərzində tərəflər arasında reallaşan ilk mübadilədir.
Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun açıqlamasına görə, 4-5 fevral tarixlərində keçirilən görüşlər nəticəsində hər iki tərəf 157 hərbi əsirin sərbəst buraxılması barədə razılığa gəlib. Rusiya Müdafiə Nazirliyi artıq 157 rus əsgərinin geri qaytarıldığını, qarşılığında isə eyni sayda Ukrayna hərbçisinin təhvil verildiyini təsdiqləyib.
Lalə Qüdrətova
Milli.Az