"Real"ın ulduzuna 2 oyunluq cəza verildi

5 Fevral 2026 23:06

"Real Madrid"in ulduzuna cəza verildi.

Milli.Az xəbər verir ki, braziliyalı hücumçu Rodriqo UEFA Çempionlar Liqasında 2 oyunluq cəzalandırılıb. Buna səbəb braziliyalı oyunçunun "Benfika" ilə keçirilən son matçda təhqiramiz ifadələr işlətməsi olub.

Qərara əsasən, Rodryqo pley-off mərhələsinin hər iki oyununda komandasına kömək edə bilməyəcək. (Offsideplus.az)

Milli.Az