Lamin Yamaldan karyerası ilə bağlı vacib qərar

5 Fevral 2026 19:43

"Barselona"nın gənc ulduzu Lamin Yamal karyerası adına vacib qərar qəbul edib. 

Milli.Az xəbər verir ki, o, sosial mediada aktivliyini azaltmaq qərarına gəlib. Mütəxəssislərin tövsiyəsindən sonra ispaniyalı futbolçu artıq daha az paylaşım edir və paylaşımları əsasən futbol və "Barselona" ilə bağlı olur.

Yamalın əsas məqsədi diqqətini tam şəkildə futboluna yönəltmək və ən yüksək səviyyəsinə çatmaqdır. 

Milli.Az