Görünüş məsafəsi məhdudlaşacaq

5 Fevral 2026 19:33

Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Milli.Az