Bu gün Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.
Milli.Az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Qarabağ" "Şamaxı"nın qonağı olacaq.
Görüş saat 14:30-da başlayacaq. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
1/8 finalda Ağdam təmsilçisi "Karvan-Yevlax"ı, "Şamaxı" "Bakı Sportinq"i mübarizədən kənarlaşdırıb. Misli Premyer Liqasında isə "Qarabağ" 39 xalla 2-ci, "Şamaxı" 23 xalla 8-cidir.
Günün 2-ci matçında "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qərb derbisi saat 19:00-da start götürəcək. Görüş Əli Əliyevə həvalə olunub.
1/8 finalda "Turan Tovuz" "Şahdağ Qusar"a, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib. Misli Premyer Liqasında Tovuz klubu 30 xalla 3-cü, Gəncə təmsilçisi isə 12 xalla 11-cidir.
14:30. "Şamaxı" - "Qarabağ" 2:1
Milli.Az