Yaxın günlərdə hava necə olacaq?

5 Fevral 2026 15:50

"Yaxın iki-üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".

Milli.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:

"Ötən gün ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ancaq yaxın günlərdə kəskin hava şəraiti, o cümlədən qar və çovğun proqnozlaşdırılmır".

Milli.Az