ABŞ-nin Ohayo ştatında baş verən faciəvi hadisə ictimaiyyətdə böyük sarsıntı yaradıb.
Milli.Az xəbər verir ki, Ştat sakini Jodi Proger uzun illər əvvəl xilas etdiyi bir marala təxminən 12 il ərzində qulluq edib. Bu müddət ərzində qadınla heyvan arasında xüsusi bir bağ formalaşmışdı.
Lakin son dövrlər maralın davranışlarında qəfil dəyişiklik müşahidə olunub və heyvan aqressivləşməyə başlayıb. Hadisə günü Jodi maralın saxlandığı həyətdə olarkən, heyvan gözlənilmədən ona hücum edib. Maral qadını baş və boyun nahiyəsindən dişləyərək ağır xəsarətlər yetirib.
Təəssüf ki, aldığı xəsarətlər nəticəsində Jodi Proger həyatını itirib. Hadisə yerinə gələn polis və heyvan mühafizə xidmətinin əməkdaşları maralın hələ də təhlükə törətdiyini nəzərə alaraq onu zərərsizləşdirmək məcburiyyətində qalıblar.
Baş verən faciə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi vəhşi heyvanların ev şəraitində saxlanmasının risklərinə diqqət çəkib.
Musa
Milli.Az