Müğənni Elmir Qəhrəmanov sosial şəbəkə və efirdə səmimi anları ilə izləyicilərini duyğulandırıb.
Milli.Az xəbər verir ki, "Günə Uğurla" verilişində 10 il sonra övladının fotosunu görən sənətçi göz yaşlarını saxlaya bilməyib. Onun halı pisləşib. Dərhal müdaxilə olunub.
Elmir açıqlamasında bildirib:
"Övladımın corabını iyləyib yatıram. Elə təsəlli tapıram. Üzünü görə bilmirəm".
Bu sözlər yalnız studiyada olan qonaqları deyil, ekran qarşısındakı tamaşaçıları da təsirləndirib. Müğənninin səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər onun duyğusal anlarına böyük dəstək göstəriblər.
Daha ətraflı videomaterialda:
Musa
Milli.Az