ABŞ-də silahlı insident: polis helikopteri yerə çırpıldı

5 Fevral 2026 14:07

ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə naməlum şəxs arasında baş verən atışmadan sonra polisə məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə ABC15 portalı yerli polisə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, hava nəqliyyat vasitəsi ilə bağlı insident Tompson və Mark Leyn küçələri arasında yerləşən ərazidə baş verib. Helikopterin dəqiq düşmə nöqtəsi hazırda müəyyənləşdirilir. Open Source Intel kanalının məlumatına görə, silahlı şəxs sonradan saxlanılıb.

Qəza nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur, bu məlumatlar açıqlanmır. Flaqstaff şəhər rəhbərliyi hadisə ilə bağlı indiyədək rəsmi açıqlama verməyib.

Ayxan
Milli.Az