Səidə Bəkirqızının arxiv VİDEOsu yayıldı

5 Fevral 2026 13:43

Qısa müddət əvvəl müğənni Rəqsanə İsmayılova ilə yaşadığı qalmaqal ilə gündəmə gələn aparıcı Səidə Bəkirqızının arxiv görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, video sosial mediada geniş müzakirələrə səbəb olub.

Paylaşılan kadrlar illər öncə kanallardan birində aparıcısı olduğu verilişdən götürülüb. İzləyicilər aparıcının keçmişdəki imicini yenidən görərək müxtəlif rəylər bildirib. Onun fərqli görünüşü və estetik müdaxilələrdən sonra dəyişimi barədə fikirlər xüsusilə diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri həm Səidə Bəkirqızının üslubunu, həm də keçmiş və indiki görünüşünü müqayisə edərək aktiv şəkildə şərhlər yazıblar.

Paylaşım qısa müddətdə minlərlə baxış toplayıb və izləyicilər arasında geniş müzakirələrə yol açıb.

Musa
Milli.Az