“PAŞA Holding” olaraq biz dövlət və özəl sektor arasında tərəfdaşlığın tərəfdarıyıq - Cəlal Qasımov

5 Fevral 2026 12:13

Hüquq çox zaman inkişafın qarşısını alan mexanizm kimi qəbul olunur. Yalnız pis hüquq məhdudiyyət yaradır. Yaxşı hüquq isə inkişaf üçün təbii mühit formalaşdırır.

Milli.Az xəbər verir ki, bu fikirləri "PAŞA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov bu gün "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

"Biz artıq "LEGİS" jurnalının ilk buraxılışını bu gün təqdim edə bilirik. "PAŞA Holding" olaraq biz dövlət və özəl sektor arasında tərəfdaşlığın tərəfdarıyıq", - deyə C.Qasımov qeyd edib.

Onun sözlərinə görə, dövlət qurumları, biznes və ekspertlərin bir araya gəlməsi yalnız panel müzakirələri ilə məhdudlaşmamalı, rəsmi və qeyri-rəsmi dialoqa imkan yaratmalıdır. Bu, tərəflərin bir-birinin problemlərini daha dərindən anlamasına və birgə həll yolları tapmasına şərait yaradır.

"Sürətlə dəyişən texnoloji mühitdə qanunvericiliyin biznesdən geri qalmamasının vacibliyini vurğulayıb. O bildirib ki, texnologiyalar artıq biznes həyatına sürətlə daxil olur, halbuki qanunların hazırlanması və tətbiqi vaxt aparır."

Milli.Az