İspaniyanın "Real Madrid" klubu mövsümün yekununda heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi bir neçə futbolçu ilə yollarını ayırmaq niyyətindədir.
Məlumata görə, "kral klubu" Fran Qarsiya, Dani Sebalyos və David Alaba ilə vidalaşmağı nəzərdə tutur. Bu qərarın heyətin yenilənməsi strategiyasının bir hissəsi olduğu bildirilir.
Qeyd olunur ki, klubun prezidenti Florentino Peres yeni transferlər üçün maliyyə imkanlarını genişləndirmək məqsədilə maaş büdcəsini azaltmağı da planlaşdırır. Gözlənilir ki, mövsüm bitdikdən sonra "Real"da kadr islahatları daha da sürətlənəcək.
Hüseyn
Milli.Az