Messi məşhur kluba keçir - danışıqlar BAŞLADI

5 Fevral 2026 12:45

Argentinanın "Nyuells Old Boyz" klubunda Lionel Messi ilə bağlı diqqətçəkən açıqlama verilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klubun vitse-prezidenti Xuan Manuel Medina bu barədə "Toda Pasion" nəşrinə müsahibəsində danışıb.

Medinanın sözlərinə görə, klub Messinin transferini 2027-ci ilin yanvar ayında reallaşdırmağı planlaşdırır. O, potensial keçidlə bağlı ilkin təmasların artıq baş tutduğunu da təsdiqləyib.

"Bu məsələ bizim nələri təklif edə biləcəyimizdən - həm infrastruktur, həm də rəqabətədavamlı idman layihəsi baxımından - asılıdır. Danışıqlar aparılıb, ideya ortaya qoyulub, amma hazırda yekun qərar yoxdur", - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Lionel Messi futbol karyerasına məhz "Nyuells Old Boyz"un akademiyasında başlayıb və onun mümkün geri dönüşü Argentina futbol ictimaiyyətində böyük maraq doğurub.

Hüseyn
Milli.Az