Kante İstanbulda izdihamla qarşılandı, qorxulu anlar yaşandı - VİDEO- FOTO

5 Fevral 2026 16:53

"Fənərbağça"nın yeni transferi Nqolo Kante İstanbul hava limanında böyük coşqu ilə qarşılanıb. Təcrübəli fransız yarımmüdafiəçinin transferini alovlandıran minlərlə azarkeş izdihama səbəb olub.

Milli.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan "Fənərbağça"ya transfer olunan Kante ilə 2,5 illik müqavilə imzalanıb. Futbolçu transfer prosedurlarını tamamlamaq üçün İstanbulda olub və klub rəhbərliyi onu hava limanında qarşılayıb.

Minlərlə azarkeş ulduz futbolçunu görmək üçün toplandığı zaman alovlar, şüarlar və böyük izdiham müşahidə edilib. Qarşılanma zamanı bir qrup azarkeş Kanteyə daha yaxından baxmaq üçün çardağın üzərinə çıxıb. Nəticədə çardaq qırılıb və ərazidə qorxu dolu anlar yaşanıb.

Hadisə zamanı ciddi xəsarət alan olmayıb.

Milli.Az