Dəridəki xallar bəzi hallarda təhlükəli ola bilər.
Milli.Az xəbər verir ki, Rusiyalı onkoloq Yevgeni Çeremuşkin bildirib ki, xalların ölçüsünün böyüməsi, rənginin və səthinin dəyişməsi təhlükə siqnalı ola bilər və bu halda həkimə müraciət etmək lazımdır.
Xallar tündləşə və ya solğunlaşa bilər ki, bu da aktivliyin dəyişdiyini göstərir.
O vurğulayıb ki, dəyişikliklər bəzən zədə, iltihab, yanıq və ya allergiya ilə bağlı ola bilər və hər zaman xərçəng demək deyil. Riskin dəqiq qiymətləndirilməsini yalnız həkim edə bilər.
Asya
Milli.Az