ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.
Milli.Az xəbər verir ki, 2025-ci ilin nəticələrinə görə, ASCO gəmilərindən 125,8m³ plastmas, 582,2m³ qida qalığı, 613,5m³ məişət tullantısı, 47,9m³ istismar tullantısı, 198,2m³ neft qalığı-şlam, 3723,2m³ döşəməaltı lyal su, 96752,5m³ məişət təsərrüfat çirkab su təcrübəli mütəxəssislərə və sertifikasiyalı qurumlara təhvil verilərək ərazilərimizdən kənarlaşdırılıb.
Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 19,5 ton yanmış qəlib qumu, 1878,4 ton abraziv, 76231 ton məişət çirkab suyu, 1550,9 ton neftli döşəməaltı-lyal su, 203 ton sürtgü yağı, 5075,7m³ məişət tullantısı, 647,2m³ qida qalığı, 220,8m³ polimer əsaslı və plastmas tullantı, 143,3m³ yağlı və neftli tullantı, 111,3m³ rezin tullantı, 204,6m³ istismar tullantısı, 0,13m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Ötən il ümumilikdə 0,78 ton kağız, 0,58 ton plastmas, 20.3 ton metal təkrar emala göndərilib.
Ayxan
Milli.Az