İkardidən “Qalatasaray” tarixində yeni rekord

5 Fevral 2026 10:06

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi klub tarixinə düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Türkiyə Kubokunda "İstanbulspor"a qarşı keçirilən matçda fərqlənərək adını rekordlar siyahısına yazdırıb.

Həmin görüşdə vurduğu qolla İkardinin "Qalatasaray" forması ilə ümumi qol sayı 73-ə yüksəlib. Bununla da o, klub tarixində ən çox qol vuran əcnəbi futbolçu olub.

Beləliklə, Mauro İkardi bu göstəricidə Georgi Hacinin rekordunu geridə qoyub. Rumıniya futbolunun əfsanəsi Haci "Qalatasaray" karyerasını 72 qolla başa vurmuşdu.

İkardinin bu uğuru azarkeşlər arasında böyük coşqu ilə qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az