Xalq artisti Röya Ayxan sosial şəbəkələrdə növbəti dəfə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, pop ulduz məşhur TikTok trendinə qoşularaq etdiyi paylaşım ilə izləyicilərinin marağına səbəb olub.
Sənətçinin trend çərçivəsində çəkdiyi video qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və minlərlə baxış toplayıb. Röyanın enerjili görüntüsü istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.
Paylaşım sosial mediada müxtəlif reaksiyalar doğurub. Bir çox izləyici Xalq artistinin trendləri yaxından izləməsini və müasir ritmlə ayaqlaşmasını yüksək qiymətləndirib, bəziləri isə bu cür paylaşımların müzakirə mövzusu olduğunu qeyd edib.
Həmin paylaşımı təqdim edirik:
Musa
Milli.Az