Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu - FOTO

4 Fevral 2026 22:40

Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Milli.Az xəbər verir ki, bunu meyiti tapılan Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin anası Rəna Quliyeva bildirib.

O, oğlunun dünən günorta evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib.

Onun sözlərinə görə oğlu evi təmir etdiyi üçün evdən boya almağa çıxıbmış. Yalnız bu gün günorta saat 3 radələrində oğlunun öldürüldüyü barədə onlara xəbər verilib.

Mərhumun anası onu da qeyd edib ki, oğlu sakit biri olub və heç kəslə problemi olmayıb. (APA)

Milli.Az