Azərbaycan Kuboku: "Sabah" qalib gələ bilmədi

4 Fevral 2026 22:27

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə səfərdə "Sumqayıt"la qarşılaşan "Zirə" heç-heçəyə razılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Raundun cavab matçı martın əvvəlində təşkil ediləcək.

"Sabah" - "Qəbələ" qarşılaşmasında hesab açılmayıb.

Fevralın 5-də 1/4 final mərhələsinin "Şamaxı" - "Qarabağ" və "Turan Tovuz" - "Kəpəz" oyunları keçiriləcək.

Milli.Az