Sülh hər bir kəsə lazımdır - Paşinyan

4 Fevral 2026 18:15

"Zayed İnsan Qardaşlığı Mükafatı" xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

"Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik", - deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır.

"Sülh hər bir kəsə lazımdır", - deyə o, əlavə edib.

Milli.Az