“Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar” - FOTO

4 Fevral 2026 21:45

Xəbər verdiyimiz kimi, Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cansız bədənin 1986-cı il təvəllüdlü Saqib Quliyevə məxsus olduğu müəyyən edilib.

Yaxınları onun qətlə yetirildiyini iddia edir:

"Biz şəhərdə yaşayırıq. Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar. Biz də ordayıq.

Abırlı idi. Kiminləsə davası olan uşaq deyildi. Heçkəsə ilişib, sataşmazdı".

Məlumata görə, mərhum evli olub. İki övladı qalıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Milli.Az