Qusarda ağır qəza - Yaralılar var

4 Fevral 2026 20:32

Qusarda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qusar şəhərinin giriş hissəsində olub.

Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, hadisəyə səbəb yolun buzlu olması olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az