"Fənərbağça"nın hücumçusu Yussef En-Nesiri komandadan ayrılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna transfer olunub.
Qeyd edək ki, En-Nesiri bu mövsüm "sarı-lacivərd" forma ilə Super Liqada 27 oyunda meydana çıxıb və doqquz qol vurub.
Milli.Az