2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb.
Milli.Az xəbər verir ki, bunu DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov Dövlət İmtahan Mərkəzində keçiriləcən imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır.
Həmçinin bildirib ki, cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı 159 nəfər işdən çıxarılıb.
Mina Mikayılova
Milli.Az