Dərədən kişi meyiti tapıldı

4 Fevral 2026 17:14

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit günorta saatlarında Molla Cəlilli kəndi ərazisindəki dərədən aşkar edilib.

Milli.Az xəbər verir ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.

Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib. Meyitin üzərində kəsilmiş, deşilmiş yaralar var.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir./Trend

Milli.Az