Çinarənin İranla bağlı ifası müzakirə yaratdı - VİDEO

4 Fevral 2026 16:30

Müğənni Çinarə Məlikzadənin ifası sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

Milli.Az xəbər verir ki, ifaçı İranda baş verən son etiraz aksiyaları fonunda hökumət əleyhinə çıxış edənlər arasında populyarlaşan "Xudahafez" mahnısını səsləndirib.

Sözügedən ifa qısa zamanda sosial mediada geniş yayılaraq müxtəlif reaksiyalar doğurub.

İzləyicilərin bir qismi Çinarə Məlikzadənin bu addımını cəsarətli və dəstəkləyici mövqe kimi qiymətləndiriblər. Bəzi istifadəçilər müğənninin bu ifani etməməli olduğu fikrini dəstəkləyiblər. 

Həmin ifanı təqdim edirik:

Musa
Milli.Az