Azərbaycanda sahibkarlıq fəaliyyətinə dair yoxlamaların dayandırılması müddəti bir il daha uzadıla bilər. Bu barədə qanuna müvafiq dəyişiklik təklif olunub.
Milli.Az xəbər verir ki, qanunvericiliyə əsasən, 2015-ci ildən başlayaraq sahibkarlıq subyektlərinə qarşı yoxlamalar müəyyən müddətə dayandırılıb. Lakin bu müddət ərzində bəzi sahələr yoxlamaların əhatə dairəsindən çıxıb.
İqtisadçı Xalid Kərimli hesab edir ki, yoxlamaların azaldılması sahibkarlar üçün əhəmiyyətlidir: "İnzibati təzyiqin azalması biznes mühitində proqnozlaşdırmanı asanlaşdırır, sahibkarlar fəaliyyətlərini daha rahat planlaşdıra bilirlər. Bununla yanaşı, psixoloji yük də azalır və kölgə iqtisadiyyatının azaldılmasına da müsbət təsir göstərir".
Eyni zamanda, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, yoxlamaların məhdudlaşdırılması bəzi hallarda istehlakçı hüquqlarının pozulmasına gətirib çıxara bilər: "Müşahidələr göstərir ki, yoxlamaların olmaması bəzi şirkətlər üçün toxunulmazlıq şəraiti yaradır. Bu zaman standartlara uyğun olmayan və təhlükəli məhsullar satışa çıxarılır ki, bu da yolverilməzdir".
Asya
Milli.Az